Səyahəti arxayın keçirmək, əlavə maliyyə itkisininin qarşısını almaq üçün ən vacib məqamlardan biri səfərdən əvvəl səyahət sığortası almaqdır. Bu bizim ölkə  hüdudlarından kənarda olduğumuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklərdən əlavə maliyyə itkisi və problem yaşamadan qurtulmağımız üçün ilk atacağımız addım olmalıdır. Çünki, xaricdə ən yaxşı köməkçi məhz bizim sığorta tərəfdaşlarımızdır.

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

·         tibbi (ambulator və stasionar) xidmətlər üzrə

·         tibbi daşınma/evakuasiya və repatriasiya

·         hüquqi yardım

·         baqajın itməsi

·         səyahətin ləngiməsi və s.

ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir.