Fərdi tibbi sığorta

Fərdi tibbi sığorta müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Fərdi Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq Sığortaçı tərəfindən müəyyən edilir. Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və digər şərtlər  müvafiq qanunvericilik nəzərə alınmaqla  sığortaçı tərəfindən müəyyən edilir.

Fərdi sığorta proqramı tərtib edilməsi zamanı müştərinin imkan və arzularına ən optimal yanaşma edilir.