Kasko sığortası avtomobilinizin yanması, oğurlanması, hadisə zamanı yarana biləcək hər hansı zərəri ödəyən sığorta növüdür. Kasko sığorta məcbur deyil və şəxsi istəyə bağlıdır.

Kasko müqaviləsində əsas və əlavə təminatlar olur. Əsas təminatlar sığorta şirkəti tərəfindən standard olaraq tərtib olunur. Əlavə təminatlar isə müştərinin tələb və istəyinə uyğun olaraq şirkətlə razılaşdırılır və müqavilədə qeyd edilir. Əlavə təminat nə qədər çox olarsa sığorta haqqı da o qədər  yüksək olacaq.

Sığorta hadisəsi zamanı avtomobili səlahiyyəti olmayan şəxsin və ya  sərxoş  sürücünün  istifadə etdiyi məlum olarsa sığorta şirkətinin ödənişdən imtina etmək hüququ vardır.

Qəza zamanı lazımi  sənədlər şirkətə təqdim edildikdən sonra  ən geci 7 iş günü ərzində sığorta  şirkət i ödənişi həyata keçirməli və ya əsaslı şəkildə  imtina etməlidir.  Əks halda, sığortaçı hər gecikən gün üçün ödənilməli məbləğin 0.1 %-i civarında sığortalıya  dəbbə pulu ödəməlidir.