Kasko
Kasko sığortası avtomobilinizin yanması, oğurlanması, hadisə zamanı yarana biləcək hər hansı zərəri ödəyən sığorta növüdür. Kasko sığorta məcbur deyil və şəxsi istəyə bağlıdır.
Kasko müqaviləsində əsas və əlavə təminatlar olur. Əsas təminatlar sığorta şirkəti tərəfindən standard olaraq tərtib olunur. Əlavə təminatlar isə müştərinin tələb və istəyinə uyğun olaraq şirkətlə razılaşdırılır və müqavilədə qeyd edilir. Əlavə təminat nə qədər çox olarsa sığorta haqqı da o qədər yüksək olacaq.
Sığorta hadisəsi zamanı avtomobili səlahiyyəti olmayan şəxsin və ya sərxoş sürücünün istifadə etdiyi məlum olarsa sığorta şirkətinin ödənişdən imtina etmək hüququ vardır.
Qəza zamanı lazımi sənədlər şirkətə təqdim edildikdən sonra ən geci 7 iş günü ərzində sığorta şirkət i ödənişi həyata keçirməli və ya əsaslı şəkildə imtina etməlidir. Əks halda, sığortaçı hər gecikən gün üçün ödənilməli məbləğin 0.1 %-i civarında sığortalıya dəbbə pulu ödəməlidir.