Fərdi Qəza
“Fərdi qəza” dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun hə yat və sağlamlığına ziyan vuran qəfil, oncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə başa düşülür. Xəstəlik, patalogiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir.
Bu sığorta Sığorta olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:
Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
Ölüm.