Daşınan Əmlak Sığortası
Daşınan əmlakın sığorta obyektinə müxtəlif avadanlıqlar, məişət texnikası, mebel, hazır məhsul və yarımfabrikatlar, anbarlarda saxlanılan mallar və s. predmetlər daxildir. Sığorta şəhadətnaməsində göstərilməsi və əlavə sığorta haqqı ödənilməsi şərti ilə bu siyahıya digər obyektlər də daxil edilə bilər (məsələn, qiymətli əşyalar və kağızlar, planlar, eskizlər, ixtira patentləri, layihələr, sənədlər, pul, hərəkətdə olma halı istisna olunmaqla nəqliyyat vasitələri və onların yükü).